!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bayağı mahnıların populyarlaşmasının 99 faiz səbəbi...” - Tanınmış müğənni

!Reklam – Yazi

“Bayağı mahnıların populyarlaşmasının 99 faiz səbəbi sosial şəbəkələrdir. O mahnılar yayılaraq reklam olunur. Bir onda görürsən ki, bu mahnılar baxış sayına görə izlənmə rekordu qırır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Eldəniz Məmmədov deyib.

Xanəndə hesab edir ki, insanlar özləri belə mahnıları dinləməkdən imtina etməlidir:

“Bineyi-qədimdən bayağı musiqilər olub. Sadəcə olaraq bəzi insanlar dərin düşünə bilsələr, əsl musiqinin nədən ibarət olduğunu bilərlər. Lap efirlərə qadağa qoyulsa da, həmin mahnılar sosial şəbəkələr vasitəsi ilə yayılacaq və dinləniləcək. Çünki camaat televizordan çox sosial şəbəkələri izləyir. İnsanlar özləri elə bayağı mahnıları dinləməkdən imtina etməlidir. Böyük bəstəkarların musiqiləri illərlə yaşayır, sənət aləmində qalır. 80 ildən artıq yaşı olan mahnılarımız var ki, bu gün də sevilir, dinlənilir. Elə mahnıların isə ömrü az olur”.

E.Məmmədov onu da bildirib ki, əslində, mahnını bayağı hala salan da müğənnilər özləridir:

“Bunun kökünü kəsmək də qeyri-mümkündür. Hətta bəzən bu mahnılarla bağlı fikir mübadiləsi edirsən, yaxud da tənqidi nəsə söyləyirsən. Belə məqamlarda hətta səni səhv də çıxarmağa çalışırlar. Çünki həmin insanlar əsl musiqi ilə bayağılıq arasındakı fərqi hiss etmir. Mənim düşüncəmə görə, əslində, pis mahnı yoxdur, pis ifaçı var. Hesab edirəm ki, mahnını elə pis ifaçı bayağı hala salır. O bayağı dediyimiz mahnını müğənni elə səviyyəli və savadlı şəkildə təqdim edər bilər, hər kəs tərəfindən də sevilər. İnsan məəttəl qalar ki, necə olub, indiyə qədər bu musiqidən xəbərim olmayıb. Buna görə də çalışıb mahnılarımızı səviyyəli şəkildə təqdim etmək lazımdır”.

Cəvahir

COP29

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv