!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bayağılıq, zövqsüzlük aşılayan FİLMLƏR: “Kütlənin yumor zövqünə enməkdənsə...” – Ülviyyə Könül

!Reklam – Yazi

“Kütlənin yumor zövqünə enməkdənsə, kütlənin yumor zövqünü qaldırmaq lazımdır”

Bunu xeyli vaxtdır kino yaradıcılığından uzaq düşən tanınmış rejissor Ülviyyə Könül “Yeni çəkilən kommersiya filmlərinin keyfiyyəti sizi qane edirmi?” sualını cavablandırarkən Yenicag.az-a açıqlamasında deyib.

Rejissor kommersiya filmlərində ssenari qıtlığı yaşandığını bildirib:

“Yeni filmləri görməmişəm. Pandemiyadan əvvəl çəkilən kommersiya filmlərinə gəlincə, “Oğlan evi 1” filminə baxmışam. Keyfiyyəti məni qane edir, peşəkar səviyyədə ərsəyə gəlib. Amma bayağı filmlərimiz də çoxdur, adbaad sadalamaq istəmirəm. Hazırkı dönəmdə film çəkilişləri üçün heç bir qıtlıq yoxdur. Durğunluq dövründə çəkilən köhnə avadanlıqlardan indi istifadə olunmur. Bütün texniki avadanlıqlar yenidir. Bu texniki avadanlıqlardan da istifadə etməyi bacaran peşəkar montajçı, operator və digər kadrlar var. Bu sarıdan korluq çəkilmir. Sadəcə olaraq yeni istehsal olunan kommersiya filmlərində ssenari, dramaturgiya kasadlığı, bayağılıq var. Şərt o deyil ki, necə olursa-olsun, insanları güldürməyə çalışasan. Düşündürücü gülüş olmalıdır. Kütlənin yumor zövqünə enməkdənsə, kütlənin yumor zövqünü qaldırmaq lazımdır. Bu mənada, insanları maarifləndirmək lazımdır”.

Xeyli vaxtdır kino yaradıcılığına fasilə verən Ü.Könül bunun səbəblərini də açıqlayıb:

“Heç siz deməsəniz də, yaradıcılıq üçün nə qədər ac olduğumu özüm gözəl bilirəm. Sadəcə başqa inzibati işlərim olduğu üçün vaxt çatdıra bilmirəm. Kino çəkilişi üçün minumum 9 ay lazımdır ki, bu da həmin vaxtda hər şeydən məhrum olmaq deməkdir. İstehsal prosesi üçün zaman lazımdır. Arzulayıram, amma nə vaxt bu arzumun reallaşacağını dəqiq deyə bilmiyəcəm. “Mədəniyyət” kanalının direktoruyam. İndiki işimdən razıyam, çalışıram, yeniliklər edək. Bu da çox vacibdir, amma inzibati işdir.

Hazırda belə bir seçim imkanım da yoxdur ki, hər şeyi atım, kino çəkim. Bu hansısa şansa bağlıdır. Belə bir şans olarsa, bəlkə də, hər hansı bir formada həm inzibati işi, həm də yaradıcılığı birləşdirə bilərəm. Amma hələ ki belə bir şans da qarşıma çıxmır. Çünki kino komanda işdir, tək bir nəfərin işi deyil. Pandemiyadan sonra insanlar kinoteatrlara gedir deyə artıq müxtəlif prodakşınlar tərəfindən də çox sayda kommersiya filmlərinin çəkilişinə başlanılıb. Amma bir ildir inzibati işdəyəm və inanın ki, başımı qaşımağa belə vaxtım yoxdur. Hardasa bir il ərzində kino ilə bağlı istəyim yüz faiz mümkün olmayacaq”.

Cəvahir

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv