Bayden: "Yenidən namizəd olmağa qərarlıyam"

media-hightechnic-468x90

ABŞ prezidenti Co Bayden özünü yenidən dövlət başçısı seçilmək və Donald Trampı məğlub etmək üçün ən uyğun namizəd adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, Vaşinqtondakı NATO sammitindən sonra ayrıca mətbuat konfransı zamanı bildirib.

O deyib: “Düşünürəm ki, prezidentliyə namizəd olmaq üçün ən uyğun insan mənəm. Mən onu bir dəfə məğlub etdim və yenə də qalib olacağam”.

Bir saat ərzində Bayden 10 jurnalistin 19 sualını cavablandırıb ki, onların da əksəriyyəti onun səhhəti, seçki kampaniyası aparmaq və prezidentliyə davam etmək bacarığı ilə bağlı olub:

“Mən namizədliyimi irəli sürməkdə qərarlıyam”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600