Baydenin anti-Azərbaycan ritorikasına qarşı Trampın əməkdaşlıq xətti – Analitik RƏYİ

media-hightechnic-468x90

“Bayden hakimiyyətindən fərqli olaraq Tramp Azərbaycana qarşı müsbət yanaşma həyata keçirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

media-azadmesiyev1

Analitik ABŞ-Azərbaycan münasibətlərindən danışaraq Bayden və Tramp hakimiyyətinin Azərbaycana qarşı münasibətini müqayisə edib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti balanslaşdırıcı siyasətə üstünlük verir:

“Balans siyasəti həm iqtisadi sahədə, həm də siyasəti sahədə eynidir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərq, həm də qərblə öz dövlət və milli maraqlarını nəzərə alaraq siyasi kursunu çoxşaxəli şəkildə həyata keçirməkdədir. Eyni zamanda ABŞ ilə də münasibətlərin yaxşılaşdırmaqda maraqlı olduğu görünür. ABŞ dünyada güc mərkəzidir və bu danılmaz bir faktdır. Doğrudur, Tramp hakimiyyətindən qabaq olan Bayden hakimiyyəti ilə Azərbaycan arasında soyuqluq vardı, bu da ondan irəli gəlirdi ki, Bayden hakimiyyəti dövründə ABŞ qonşular əleyhinə Azərbaycandan bir vasitə kimi istifadə etmək istəyirdi. Əsasən də Rusiya və İran əleyhinə bizdən istifadə etmək istəyirdilər. Bayden dövründə Azərbaycana qarşı qərəzli davranışların şahidi olmuşuq. İstər bu Konqresdə aparılan davranışlar, istər 907-ci maddə ilə əlaqədar olan problemləri və s. göz önünə gətirdikdə, hesab edirəm ki, o dövrdə ABŞ-nin Azərbaycana qarşı qərəzli davranışı var idi və açıq şəkildə Bayden hakimiyyəti Cənubi Qafqaz ölkələrini öz təsiri altına salıb Rusiya əleyhinə istifadə etməyə çalışırdı”.

Politoloq həmçinin Bayden hakimiyyətinin Ermənistan dövləti və Baş nazirinə açıq dəstək verməsi ilə də yadda qaldığını bildirib:

“Bayden dövründə Paşinyana ABŞ tərəfindən açıq dəstək verilir, Ermənistan üzərindən Azərbaycana siyasi təzyiqlər edilirdi. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə söykənərək ABŞ-nin müvafiq qurumlarına qarşı adekvat cavab verirdi”.

A. Məsiyev Tramp dövründə Azərbaycana qarşı ABŞ-nin atdığı addımlar və davranışları yüksək qiymətləndirib:

“Tramp dövründə isə Azərbaycana qarşı ABŞ fərqli davranılmağa başlandı. Cənubi Qafqazda ABŞ iqtisadi maraqlarını həyata keçirmək üçün yeni bir kurs həyata keçirmək istəyir. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış siyasət həmişə önə çəkilir. Eləcə də Rusiya ilə 2022-ci ilin fevral ayında 43 maddədən ibarət dostluq və əməkdaşlıq sazişi imzalandı ki, bu sazişin hər bir müddəası iki dövlət arasında dostluğun inkişafına dəlalət edir. Eyni zamanda Azərbaycan enerji təhlükəsizliyi ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə sazişi var. Azərbaycan həmin dövlətlərlə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. İranla da son vaxtlar əməkdaşlıqlar artmaqdadır. Azərbaycan Prezidenti son vaxtlar dəfələrlə İran Prezidenti ilə görüşüb. Danışıqlar zamanı strateji sövdələşmələrin aparılması bir daha onu göstərir ki, Azərbaycan balanslaşdırılmış kurs həyata keçirir, böyük güclərin əlində alətə çevrilmək istəmir və belə bir fikri də yoxdur”.

Mütəxəssisə görə, ABŞ güc mərkəzidir və birqütblü dünyanın yaranmasında maraqlıdır:

“Bu baxımdan, öz ətrafına müəyyən dövlətləri toplayaraq yeni bir güc mərkəzinə çevrilmək istəyir. Ermənistan-Azərbaycan arasında aparılan siyasi söhbətlər, habelə sülh sazişinin imzalanması məsələsində atılan addımlarda Prezident Trampın mövqeyi də açıqdır. Hesab edirəm ki, Azərbaycanla ABŞ arasında aparılan siyasi əməkdaşlıq 907-ci maddənin düzəlişinə də önəm verilməsini təmin etməlidir. Bu məsələlərdə Azərbaycan əleyhinə qərarlar var. Eyni zamanda unutmayaq ki, ABŞ-dəki erməni lobbisi daha çox fəaldır və onlar ölkədə müvafiq dövlət orqanlarını öz təsiri altına salaraq müxtəlif qərarlar qəbul etdirirdi. Hesab edirəm ki, Tramp hakimiyyəti bu cür davranışlara fikir verməlidir. Bu davranışlar davam edərsə, Azərbaycanda öz dövlət və milli maraqlarını nəzərə alaraq müvafiq addımlar atacaq. Əgər ABŞ-nin yeni hakimiyyəti Ermənistanla bağlı qərarlar qəbul edərkən ədalət prinsipi ilə hərəkət edəcəksə, Azərbaycan da ABŞ ilə əməkdaşlığa maraqlı olacaq”.

Sonda müsahibimiz ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etmək istəyindən və bunun dünyadakı önəmindən bəhs edib:

“ABŞ-nin Cənubi Qafqazla bağlı strateji maraqları mövcuddur. Bu, Zəngəzur dəhlizinə nəzarət etmək məqamında da özünü əks etdirir. Dəhlizə nəzarət dünyanın iqtisadi sisteminə təsir etmək deməkdir. Zəngəzur dəhlizinə nəzarət üçün Azərbaycanın da razılığı alınmalıdır, çünki Ermənistanla Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması üçün Zəngəzur dəhlizi işə düşməli və Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etməlidir. Bu baxımdan, ABŞ-nin dəhlizə nəzarəti Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycan razılıq verməsə, Ermənistan nəqliyyat infrastrukturu açılmayacaq. Onların dünyaya inteqrasiyası və dünyaya açılması üçün mütləq şəkildə nəqliyyat infrastrukturu açılmalıdır. ABŞ-nin Ermənistanla bağlı planı onları Rusiyanın təsirindən çıxarmaqdır”.

Nurlan Cəfəri

 

 

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa