“Bu, əgər blef deyilsə, fəlakətli nəticələrə səbəb ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu siyasi yazar Simon Tisdal qeyd edib.
O, ABŞ-də yeni prezidentin seçilməsinin Rusiya-Ukrayna müharibəsinə təsirini və Kiyevin Qərb silahları ilə Rusiyanın dərinliklərini vurmasını şərh edib.
Analitik bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hərbi hədəflərə Qərb istehsalı uzaqmənzilli raketlər atmağa icazə verməsi qərarı özündə yüksək risklər ehtiva edir:
“Rusiya prezidenti Vladimir Putin dəfələrlə Kiyevin ABŞ, Britaniya və Fransa istehsalı olan raketlərdən geniş istifadəsinin Moskva tərəfindən NATO-nun müharibə aktı kimi qiymətləndiriləcəyini deyib. Bu, əgər blef deyilsə, fəlakətli nəticələrə səbəb ola bilər.
“Baydenin vaxtı keçmiş qərarı, Rusiyanın irəliləyişləri və Donald Trampın əlverişsiz şəkildə yenidən seçilməsi fonunda müharibə hərbi və diplomatik baxımdan kritik mərhələyə çatıb. Nəticəni isə tarazlıq müəyyən edəcək. Çünki bir tərəfin daha ağır olması daha çox ölüm və məhvə doğru aparacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az