!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydenin "soyqırımı" ifadəsini işlətməsinin səbəbi: "Türkiyə bölgədə müstəqil güc kimi davranmağa başlayıb" - Gürcü politoloq

!Reklam – Yazi

“Bu ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur, çünki bütün digər ölkələrdə olduğu kimi ABŞ-də də yalnız məhkəmə qərarları hüquqi nəticələri şərtləndirir”.

Bu fikirləri yenicag.ru-ya müsahibəsinə Birləşmiş Ştatlar prezidenti (ABŞ) Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirən Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi müşaviri, politoloq Gela Vasadze səsləndirib.

 

Gela Vasadze qeyd edib ki, Baydenin bu ifadəni işlətməsi Türkiyənin bölgədə müstəqil güc kimi davranmasından qaynaqlanır:

“Bu, gözlənilən idi. Burada başqa bir detala fikir vermək lazımdır. Donald Trampdan başqa bütün ABŞ prezidentləri bunu vəd etmişdilər, lakin sonradan vədləri sən döndülər. Niyə? Çünki Türkiyə ABŞ-nin önəmli stratejik müttəfiqi idi. Bəs son bir ildə nə dəyişdi? Hər şeydən əvvəl Türkiyə bölgədə müstəqil, sözün tam mənasında regional güc kimi davranmağa başladı.

Bu ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur, çünki bütün digər ölkələrdə olduğu kimi ABŞ-də də yalnız məhkəmə qərarları hüquqi nəticələri şərtləndirir”.

Politoloq ABŞ-nin rəsmi Ankaraya qarşı təzyiqləri artıracağını, həmçinin 2023-cü ildə keçiriləcək seçkilərdə Ərdoğanın məğlubiyyəti üçün səy göstərəcəyini istisna etməyib:

“Bu, bir siqnal idi ki, Ankarada Ərdoğan, Vaşinqtonda Bayden olduğu müddətdə tam ortaqlıqdan söhbət gedə bilməz. Düşünürəm ki, hazırkı ABŞ administrasiyası Ərdoğanın seçkilərdə məğlub olması üçün hər cür səy göstərəcək”.

Mövcud durumun Rusiya-Türkiyə münasibətlərinə mümkün təsirini şərh edən Vasadze Ankara-Moskva arasında yaxınlaşmanın situativ xarakter daşıyacağını bildirib:

“Rusiya və Türkiyə münasibətlərinə gəldikdə isə onu deyə bilərəm ki, burada situativ ittifaqlar ola bilər. Lakin Türkiyə və Rusiya da Cənubi Qafqazda, həmçinin digər regionlarda rəqibdirlər və bu rəqabət daha da artacaq. Ümumiyyətlə, çox maraqlı hadisələrin baş verəcəyini deyə bilərik”.

Qafqaz Ömərov

Tərcümə: Aqil Bəkir 

www.yenicag.az

1479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv