“Bayer”dən “Qarabağ” paylaşımı - FOTO  

media-hightechnic-468x90

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək Almaniyanın “Bayer” klubu komandamızın qapıçısı ilə bağlı paylaşım edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Instagram” səhifəsində komandanın sabiq qolkiperi, hazırda isə Ağdam klubunda çıxış edən Andrey Lunyovun fotosunu paylaşıb.

Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub.

Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” matçı oktyabrın 26-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05