“Bayraktar Akıncı” yeni yerli yönləndirmə dəsti ilə hədəfə dəqiq vuruş etdi

media-hightechnic-468x90

 

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı (PUA) yeni yerli “Gökçe” yönləndirmə dəsti ilə hədəfə dəqiq vuruş edib.

Yenicag.az xəbər verir ki, yeni yerli “Gökçe” yönləndirmə dəsti “TÜBİTAK SAGE” tərəfindən hazırlanıb.

Belə ki, PUA gövdə altında daşıdığı “Gökçe” yönləndirmə dəsti ilə təchiz edilmiş MK-83 (təxminən 455 kq) raketi ilə hədəfi yüksək dəqiqliklə vurub.

“Bayraktar Akıncı”nın 20.000 fut yüksəklikdən lazerlə işarələnən hədəfi yüksək dəqiqliklə vurduğu “Gökçe” yönləndirmə dəsti ilk dəfə pilotsuz uçuş aparatında sınaqdan keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600