Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayram günlərində banklar hansı günlər işləyəcək?

133063_res_01Azərbaycan Mərkəzi Bankının Novruz bayramı günlərindəki iş qrafikində bayramla əlaqədar heç bir dəyişiklik nəzərdə tutulmayıb. AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirilb: “Qeyri-iş günləri qüvvədə qalır”.

“Kommersiya banklarının iş qrafiki isə, yəni bayram və qeyri-bayram günləri bankların özləri tərəfindən müəyyən edilir”, – deyə N.Əliyev qeyd edib.

AMB rəsmisi əlavə edib ki, banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, o cümlədən, mübadilə şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Bununla yanaşı, turizm xidməti göstərən obyektlərdə, xüsusilə mehmanxana və hava limanlarında valyuta mübadilə ehtiyaclarının operativ qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

“Ölkəyə gələn turistlər hotellər, ictimai iaşə və digər xidmət obyektlərində ödənişləri POS-terminallar vasitəsilə həyata keçirə, nağd vəsaitə ehtiyacı olanlar isə bankomatlar vasitəsilə nağd pula olan tələbatlarını ödəyə bilərlər”, – deyə N.Əliyev vurğulayıb. (“Report”)

www.yenicag.az

576