Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı açıqlandı

media-hightechnic-468x90

Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət – 130-a yaxın briqada fəaliyyət göstərib.

Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) 10 iyul tarixində qeydə alınıb.

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600