Qardaş ölkədəki yanğın yerindən 73 nəfərin meyiti tapıldı

media-hightechnic-468x90

Pakistanın cənubundakı Karaçi şəhərindəki “Gul Plaza” ticarət mərkəzində baş verən yanğın yerində təxminən 10 gündür davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb. 

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Faciə nəticəsində 73 nəfər həlak olub.

Məlumata görə, hazırda 23 qurbanın şəxsiyyəti müəyyən edilib. Sind əyalət hökuməti yanğın qurbanlarının ailələrinin hər birinə 10 milyon Pakistan rupisi (təxminən 35,7 min dollar) ödəmək qərarını təsdiqləyib.

Bir qrup ekspert binanın qorunub saxlanılan hissələrinin vəziyyətini qiymətləndirəcək. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün hadisə yerinə məhkəmə-tibb ekspertləri də cəlb olunacaq.

Xatırladaq ki, 17 yanvar axşamı Karaçidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğın yalnız üçüncü gün tam söndürülüb. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa