!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günü hava necə olacaq?

!Reklam – Yazi

Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək.

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.

U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək:

“Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq”.

www.yenicag.az

1170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv