Bayramda Ağstafaya getmək istəyənlərin nəzərinə!

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21 aprel tarixinə əlavə reys təyin edir.

ADY-dən Yenicag.az-a verilən məlumata görə, müvafiq tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.

Qeyd edək ki, Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600