Bayramqabağı BAHALAŞMA: “Qiymətlərin yüksəlməsinin əsas səbəbi ölkədə daxili istehsalın az olmasıdır”

media-hightechnic-468x90

Bayramqabağı bazarlarda qiymətlərin artması cəmiyyətdə narahatlıq doğurur. Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib ki, əgər ölkədə bazar iqtisadiyyatı mövcuddursa, süni qiymət artımı mümkün deyil:

“Satıcı dövlət tərəfindən tənzimlənmir və bu da doğrudur. Qiymət dövlət tərəfindən tənzimlənməməlidir. Əks halda, piştaxtalar boş qalar. Biz bunu keçmiş təcrübələrdə görmüşük”.

İqtisadçının sözlərinə görə, tənzimlənməyən qiymətlər şəraitində dövlətin rolu yalnız iki istiqamətdə olmalıdır:

“Ticarət müəssisələrinin qazancından düzgün vergi ödəyib-ödəməməsinə və satılan məhsulların insan sağlamlığına zərər vurub-vurmadığına nəzarət. Pərakəndə satış sahəsində problem nisbətən azdır. Çünki ölkədə on minlərlə mağaza, eləcə də iri mağaza şəbəkələri var və burada müəyyən rəqabət mövcuddur”.

Natiq Cəfərli əsas problemin topdansatış sahəsində cəmləşdiyini vurğulayıb:

“Əgər hansısa şirkət ölkəyə gətirdiyi malların satışında 30 faizdən çox paya malikdirsə, bu, artıq antiinhisar qanunvericiliyinə düşür. Belə hallarda dövlət orqanları və antiinhisar qurumları müdaxilə edə, topdansatış qiymətlərini tənzimləyə bilər”.

İqtisadçı hesab edir ki, qiymət artımı səbəb yox, nəticədir:

“Qiymətlərin yüksəlməsinin əsas səbəbi ölkədə daxili istehsalın az olması, bu sahədə problemlərin davam etməsi və idxaldan yüksək asılılıqdır. Bu amillər aradan qalxmadıqca, qiymət artımı da davam edəcək. Yerli istehsal artmadıqca, bahalaşmanın qarşısını almaq mümkün deyil. Bunu aksiom kimi qəbul etmək lazımdır”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa