Bayraq Elmar Qasımova təqdim olundu

media-hightechnic-468x90

elmar-gasimovMilli Olimpiya Komitəsində “Bakı 2015” I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb.

Bu, cüdo üzrə 2015-ci ildə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımovdur. E.Qasımova Azərbaycan himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.

Qeyd edək ki, Avropa Oyunlarınadək – Yay Olimpiya Oyunlarında bayraqdarımız əsasən Olimpiya çempionları olub. Hətta Olimpiadalarda əvvəlki yarışların qalibinin bu vəzifəni icra etməsinə təsadüf edilib. Barselona-1992-nin qalibi Nazim Hüseynov, Afina-2004-ün çempionu Fərid Mansurov, Pekin-2008-in qızıl mükafatının sahibi Elnur Məmmədli növbəti yarışlarda ölkəmizin bayrağını daşıyıb. Onlardan başqa, Namiq Abdullayev Sidney-2000-də, Nizami Paşayev Afina-2004-də bayraqdarımız olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600