Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu şirniyyatları almayın – Video

sirniyyatLənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan məlumatların araşdırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi monitorinq aparıb. Yenicag.az xəbər verir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində  yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.

Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhaulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış  avadanlıqlar olub.

Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

https://www.youtube.com/watch?v=Ys_CjwHocn8

www.yenicag.az

842