BDU-nun müəllimi dünyasını dəyişdi - FOTO

media-hightechnic-468x90

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.

Bu barədə Yenicag.az-a BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva deyib.

O bildirib ki, 1962-ci ildə Bakıda anadan olan Nərgiz Abasova 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib. Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600