BDU-nun nümayəndə heyəti Çində
Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, BDU nəzdindəki Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Xu Fenxua və Azərbaycan tərəfindən direktoru Oqtay Cəlilbəyli Konfutsi İnstitutu İdarə Heyətinin Çinin Hefey şəhərində yerləşən Anxoy Universitetində illik birgə iclasına qatılıblar.
Yenicag.az xəbər verir ki, iclasda ÇXR tərəfindən Anxoy Universitetinin prorektoru, professor Benli Yu və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Guo Zhiyuan iştirak ediblər.
Nüməyandə heyəti Anxoy Universitetinin Partiya Komitəsinin katibi, professor Li Renq, adıçəkilən universitetin rektoru, professor Chen Huanla keçirilən görüşlərdə iştirak edərək universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətləri haqqında müzakirələr aparıblar.
Nümayəndə heyəti, eyni zamanda, Pekin şəhərində olub və ÇXR-in Təhsil Nazirliyinin Hanban Baş İdarəsində rəsmi görüşdə iştirak ediblər.
Rəsmi danışıqlar zamanı BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verilib, gündəlikdəki digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.