BDU tələbəsi yenə birinci oldu-Fotolar

media-hightechnic-468x90

unnamedBakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Xəlilova Siddiqə “Dil – karyeraya gedən yol” adlı Ali məktəblərarası tələbə müsabiqəsinin qalibi olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dil – karyeraya gedən yol” adlı Ali məktəblərarası tələbə müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqojı Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyası olmaqla, ümumillikdə 32 tələbə iştirak edib.

Sözügedən müsabiqədə tələbələrdən 3-4 dəqiqə ərzində hər hansı mövzuda prezentasiya təqdim etmək tələb olunurdu.
Münsiflər heyətinin qərarı ilə I-ci yerin qalibi Bakı Dövlət Universitetinin tələbəsi Xəlilova Siddiqə – noutbukla, II-ci yerin qalibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Cahangirova Albina – planşetlə, III-cü yerin qalibi isə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Lətifov Kamran – mobil telefonla və diplomlarla mükafatlandırılıblar.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600