!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bədənimizi “kimyalaşdıran” PLASTİK QABLAR: “Onların təkrar istifadə edilməsi...”

!Reklam – Yazi

“Plastik materialdan uşaq əmziyi hazırlanmasının və belə qablardan uşaqlara yemək verildiyinin çox şahidi oluruq”.

Bu fikirləri plastik qablardan düzgün istifadə olunmasının zəruriliyi haqda danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əzilmiş plastik qablardan təkrar istifadə etdikdə, onların tərkibindəki kimyəvi maddələr qida ilə reaksiyaya girir:

“Günümüzdə plastik qablar və sellofan torbalardan demək olar ki hər yerdə istifadə edilir. Plastik materialların tərkibində olan kimyəvi maddələr ətraf mühit və insan orqanizmi üçün təhlükəlidir.

Qeyd edim ki, plastik qablardan təkrar istifadə də ciddi risklər yaradır. Biz hətta plastik materialdan uşaq əmziyi hazırlanmasının və belə qablardan uşaqlara yemək verildiyinin çox şahidi oluruq.

Həmçinin plastik taralardan istifadə edərkən, onların zədələnməmiş olmağına diqqət yetirməliyik. Plastik taralarda əmələ gələn çatlar vasitəsilə kimyəvi maddələr qidaya daha tez keçir. Xüsusilə, isti şəraitdə plastik qablarda qida saxlanılmamalıdır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv