Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Bədənini satılıq əşya kimi nümayiş etdirirsən" - Tanınmış aparıcı kimə söz atdı? - FOTO

“Sosial şəbəkələrə baxırsan, hamı sinə, ombasını göstərir. Yəni sizin içiniz bu qədərmi boşdur?”

Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Lətafət Ələkbərova sosial şəbəkələrdə açıq-saçıq görüntülərlə gündəmə gələn xanımlardan danışarkən belə deyib. O, həmin şəxslərin ünvanına qalmaqallı fikirlər səsləndirib:

“Sinədən, bədəndən, ümumiyyətlə, gözəllikdən 40 gün doymaq olar. Belə əməliyyatlara bu qədər pullar xərcləyib, reklam olunmaqdansa, qadınlıq şarmınızı, dünyagörüşünüzü, içinizi inkişaf etdirin. Qadın gözəlliyi bir sinə, bir ombadan ibarət deyil. Özünüzü satılıq əşya kimi nümayiş etdirirsiz. Bu da onu göstərir ki, özgüvəniniz yoxdur. Sonra da ağlayırsınız ki, sevilmirik. Özünüzə dəyər verin ki, əks cinsin nümayəndələri də sizə dəyər versin. İnandırım sizi ki, kişilər sizə bir günlük eyş-işrət, əyləncə vasitəsi kimi baxacaq və istifadə edib, tullayacaq.

Əlbəttə bu bütün kişilərə və xanımlara şamil olunmur.

Bir var gözəllik, bir də var vulqarlıq. Əlbəttə hamıya aid deyil, baxırsan ki, bir çox qadınlar həyatda, efirdə bir-birinə bənzəyir. Eyni dodaq, eyni yanaq, eyni burun, sanki eyni fabrikin istehsalıdır. Sən vulqarlıqla, süni sinə və süni bədəninlə heç bir kişinin ürəyini ovsunlaya bilməzsən. Qadın gözəl qoxusu, təbəssüm, təbii şarmı, ağlı və zəkası, savadı və gözəl danışığı ilə qarşı tərəfi cəlb edir, bunu unutmayın”.

Lətafət özü də bədənində plastik əməliyyat etdirəcəyini deyir, amma:

“Sözsüz ki, içi mən daxil bütün qadınlar istəyir, özgüvənli olsun, geyindikləri onlara yaraşsın. Amma iç dünyan gözəl olmadıqca, bədənin və boş beyninlə heç kimi yanında saxlaya bilməzsən. Mənim də nə vaxtsa plastik əməliyyat etdirmək fikrim var, amma, istərdim ki, qarşı tərəf görünüşümə görə deyil, daxili aləmimə görə mənə diqqət yetirsin”.

Cəvahir

www.yenicag.az

2411