Reklam

Reklam

“Müsbət nəticə əldə etməyimizə sevinirəm. Mənə elə gəlir ki, çoxdandır qalib gələ bilmirdik. Əsas vəzifəni yerinə yetirdik”.

Yenicag.az  xəbər verir ki, bunu Belarus yığmasının futbolçusu İqor Şitov Bakıda Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib. Belarus Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinə açıqlama verən 32 yaşlı müdafiəçi oyun baxımından problemlərinin qaldığını da vurğulayıb. Lakin onun fikrincə, əvvəlcə qələbə qazanmaq, sonra öz oyununu göstərmək lazımdır.

Qazaxıstan “Astana”sında çıxış edən təcrübəli oyunçu Azərbaycan millisinin görüşün əvvəllərində məhz onun zonasına yüklənməsinə və həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi bu qədər işi necə yerinə yetirdiyinə belə reaksiya verib: “Matçın əvvəllərində necə oynayacağımızı bilmirdik, hərəkətlərimizdə panika nəzərə çarpırdı. Amma sonradan bunları aradan qaldırdıq. Müdafiədən oynamağa, zonaları bağlamağa çalışırdıq. Fikrimcə, bunlar alındı”.

Belarus yığmasında 55-ci oyununu keçirən Şitov Azərbaycan millisinin çıxışını da dəyərləndirib: “Rəqib oyunun əvvəllərində bizi düşünməyə, müdafiə olunmağa məcbur etdi. Hansısa sürpriz etdilər. Onların topa yaxşı nəzarət etməyi var. Amma ümumilikdə, dişimizə uyğundurlar”.

Qeyd edək ki, İqor Şitov yoldaşlıq görüşündə sonadək meydanda olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2278
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.