Ukrayna Belarusla bütün əlaqələri dayandırdı

media-hightechnic-468x90

Ukrayna Belarusla bütün əlaqələri dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri məlumat verib.

Rəsmi Kiyevin “ölkənin nüfuzuna zərər verməyəcəyinə” əmin olduqdan sonra Belarusla dialoqu bərpa edəcəyi bildirilir.

“Bu barədə rəsmi şəkildə məlumat verə bilərəm. Vəziyyətin inkişafını izləyirik. Yalnız bu əlaqələrin Ukraynanın nüfuzuna xələl gətirəcək, onun üçün mənəvi, etik itkiyə səbəb olmayacağına əmin olduğumuz zaman bu əlaqələr yenidən qurulacaq.

Hazırda prezidentlər arasında heç bir əlaqə yoxdur və planlaşdırılmır”, – deyə Ukrayna XİN rəhbəri Dimitri Kuleba qeyd edib.

Həmçinin, Ukrayna Donbasla bağlı danışıqlar platformasını Minskdən başqa yerə köçürə bilər.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600