Belarusda kütləvi məzarlıq aşkarlandı: 800-dən çox insanın qalığı tapıldı

media-hightechnic-468x90

Belarusun Polotsk rayonunda Böyük Vətən müharibəsi zamanı dinc sakinlərin güllələndiyi yerdə aparılan qazıntılar zamanı 800-dən çox insanın, o cümlədən uşaqların qalıqlarını aşkar edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi Vitebsk vilayət prokurorluğuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, qazıntılar Vitebsk vilayətinin Polotsk rayonunda yerləşən Baranovo kəndi yaxınlığında, 1941-ci ildə güllələnmiş dinc sakinlərin basdırıldığı ərazidə aparılıb. Beş kütləvi məzar aşkar edilib. İnsan qalıqları bir neçə qat şəklində yığılıb.

“Qazıntıların başa çatdığı anda biz ən azı 803 dinc sakinin, o cümlədən 29 qadın və azı 9 uşağın məhv edildiyini söyləyə bilərik. Onların işğalçılar tərəfindən güllələndiyini məzarlarda tapılan SS işarəli 17 patron gilizi və “Mauser” silahına aid 73 giliz sübut edir”, – Vitebsk vilayət prokurorluğunda bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05