!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Belə süni adətləri sıradan çıxarmalıyıq”- Professordan YENİ TOY MODELİ

!Reklam – Yazi

“İki il sonra soruşanda ki, kimin toyunda oldun, nə gəlinin, nə bəyin adın bilir. Belə süni adətləri sıradan çıxarmalıyıq. Toy insanın yadında ölənə qədər qalmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkilində QHT-lərin dəstəyi” mövzusunda keçirdiyi onlayn konfransda səsləndirib.

Professor pandemiya şəraitinin toy adət-ənənəsinin yaranmasına təsirini dəyərləndirib və yeni müasir toyların keçirilməsində yeni modelin tətbiqinin vacib olduğunu bildirib:

“Bu sahədə model, nümunə də var, hansı ki, əvvəllər az sayda insanlarla toy ediblər. Azərbaycan ictimaiyyətinə müraciət edirəm, dəyişmək lazımdır. Cəmiyyətimizə maarifləndirici məlumatlar verməliyik ki, siz toyunuzu da edə bilərsiniz. Amma bunun üçün yeni çərçivələr lazımdır. Özümüz adət-ənənələrimizi dəyişməliyik. 500 nəfər bir yerə yığışır. İki il sonra soruşsanız kimin toyunda oldun, nə gəlinin, nə bəyin adın bilir, çünki yadında qalmayıb. Belə süni adətləri sıradan çıxarmalıyıq. Toy insanın yadında ölənə qədər qalmalıdır”.

Professor yeni modelin təhsil mühitinin saflaşmasında da mühim rol oynayacağını deyib:

“Görün nə qədər dəyişməyə ehtiyacımız var. Bu, təhsilə də təsir edən mühiti yaradır. Bu mühit saflaşdıqca təhsil də saflaşır”.

Cəvahir

www.yenicag.az

1714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv