Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin sayı AÇIQLANDI

media-hightechnic-468x90

Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır.

Yenicag.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

Onun sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.

Məzahir Pənahov həmçinin qeyd edib ki, məntəqələrdə veb-kameralar quraşdırılacaq, həmin veb-kameralar 1000 məntəqəni əhatə edəcək: “Seçkilərin keçirilməsində əsas tələblərindən biri prosesin şəffaflığıdır. Ona görə də media nümayəndələri də seçkiləri sərbəst şəkildə izləyə biləcəklər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600