Bələdiyyə sədri Maradonanın vida mərasiminə görə məhkəməyə verildi

media-hightechnic-468x90

Argentinanın paytaxtı Buenos-Ayresin bələdiyyə sədri Orasio Rodriges Larretaya qarşı iddia qaldırılıb.

“Clarin” nəşri xəbər verir ki, ölkənin İnsan Hüquqları Departamenti məhkəməyə şikayət edib.

Larreta və onun müavini polisin əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimində insanlara qarşı həddindən artıq gücdən istifadə etməsinə görə ittiham olunurlar.

Polis prezident sarayına girməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa