“Bəlkə Yaşar adlı o gənc özünü 16-cı mərtəbədən tullamazdı”

media-hightechnic-468x90

11046427_1382220862096881_5480274827194536705_nDünən Bakı şəhərində yaşayış binasında baş verən dəhşətli yanğın hər bir insanı dərindən sarsıtdı. Hadisə nəticəsində, 15 nəfər vəfat etdi, 60-a yaxın insan isə hələ də yaralıdır.

Təəssüflər olsun ki, yanğın baş verən an telekanallarımız çal-çağırlı verilişlər nümayiş etdirirdilər. Sanki baş verən dəhşətli faciənin bu televiziya kanalılarına aidiyyatı yoxdur.Lakin günün ikinci yarısından sonra bütün əyləncələri verilişlər dayandırlıdı.

Bizi düşündürən isə digər bir məqamdır.

Nəyə görə bu vaxta qədər telekanallarda təbii fəlakət zamanı necə qorunmağın yolları haqda müntəzəm verilişlər verilmir? Məlumdur ki, belə maarifləndirici verilişlər sayəsində kifayət qədər insan həyatda qala bilərdi.

Teletənqidçi Xanlar Xoca bildirir ki, Azərbaycanda bəzi telekanalların başı şou biznesə, xəyanətə, yaşlı qadınların oğlu boyda kişilərə ərə getməsinə qarışıb. “Ona görə də demək olar ki sosial tipli roliklər ya yayımlanmır, ya da az yayımlanır. Elə kommersiya deyib hər şeyin üstündən xətt çəkiblər.Adi günlərdə artistlik edib ağlayanlar bu boyda faciə baş verəndə ağlaya bilmədilər. Əslində telekanallar hər gün yol hərəkət qaydalarına, fövqəladə hallar zamanı davranış qaydalarına, ilkin tibbi yardıma dair roliklər yaysalar faciənin qurbanı bəlkə 2 nəfər az olardı, bəlkə Yaşar adlı o gənc özünü 16-cı mərtəbədən tullamazdı. Hamısı maarifçilik işinin olmamasının nəticəsidir. Görünür bəzi adamlar üçün xəyanət, boşanmaq və s. bulvar mövzularından pul qazanmaq millətə layiqli xidmət etməkdən üstündür”

Kamran

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600