Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Benzinin qiyməti qalxır

Cari ildə Azərbaycanda iqtisadi böhran öz ikinci ildönümünü qeyd edəcək. Ölkənin böhrandan çıxış yolu tapması haqqında ən yüksək səviyyədə bəyanatlar edirlər, lakin analitiklər kulminasiyanın sovuşması və ya ən pis vaxtların hələ qabaqda olması üzərində baş sındırırmaqdalırlar.

«2016-cı il Azərbaycan tarixində dərin iqtisadi islahatlar ili, iqtisadi böhrandan çıxış yolunun  tapıldığı il kimi qalacaqdır », —prezident İlham Əliyevin Nazirlər kabinetinin 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındaki çıxışından sitat (10 yanvar 2017).

Azərbaycan Milli məclisinin vitse-spikeri Ziyafət Əsgərov prezidentin fikrinə şərik çıxmışdır.

«Dünyada iqtisadi böhran davam edir. Onun mənfi nəticələri Azərbaycana da cüzi təsir göstərmişdir. Lakin ölkəmiz böhrandan çıxa bildi» (27 yanvar 2017).

Təəssüf ki, reallıqlar nikbinlik aşılamır. Əyani misal kimi yaxınlarda necə deyərlər, sərbəst üzməyə buraxılmış milli valyutanın — manatın sürətli devalvasiyasını qeyd etmək kifayətdir. Yerli iqtisadçılar iddia edirlər ki, hər halda bu üzgüçülük tam sərbəst deyil və hökumət manatı ən azı bu ilin sonuna qədər iflasdan qorumaqda davam edəcək.

Hər halda, valyuta bazarının yenilikləri artıq görünür, az xalqı narahat edir, Qalanları bir növ buna adət etmiş və adaptasiya olunmuş – banklardan öz, vəsaitlərini çıxarıb xarici valyutaya çevirərək döşəyin altında gizlətmiş və indi milli valyutanın yeni iflasını gözləyirlər.

Qaz və elektrik enerjisinin differensiallaşdırılmış — təbəqələşdirilmiş ödəniş sisteminin tətbiqi, faktiki olaraq tariflərin artırılması daha bir həyəcan siqnalı oldu. Sosial şəbəkələr üçnişanlı rəqəmlərdən ibarət çeklərin şəkillərilə bəzənmişdi, ancaq bu səs-küy də tezliklə yat-küt oldu.

Varlılar ağlamırlar

Yeni, demək olar ki, təhlükəli və partlayışyönlü məsələlərdən biri xaricdən idxal olunan benzinin qiymətlərinin artması oldu. Fevralın 1-dən Azərbaycanın yanacaqdoldurma məntəqələrində «Аi-95 Premium»un bir litri 1,15 manata(0,59 ABŞ dolları) və «Аİ 98 Super»isə — 1,20 manata (0,62 dollar) satılır. Hər iki halda artım 10 qəpik, və ya 10% təşkil edir. Maraqlıdır ki, əvvəllər 2017-ci ildə və məhz 13 yanvarda eyni markadan olan benzinin qiymətləri artıq müvafiq olaraq 0,9 manatdan 1,05 manata və 0,95 manatdan 1,10 manata qədər artırılmışdı.

Azərbaycanda əsas yanacaq növü olan və ölkənin özündə istehsal olunan «Аİ-92» benzini elə əvvəlki kimi — 0,70 manat (0,36 dollar) dəyərində qalır.

Hətta qiymətləri qalxandan sonra da nəzərdən keçirilən markaların qiyməti Azərbaycanda qonşu Rusiyadan (müvafiq olaraq 0,64 və 0,74 dollar- AutoTraveler portalının məlumatı), Gürcüstandan—(0,85 və 0,90 dollar), Ermənistandan isə(0,76 və 0,81 dollar) və əlbəttə, öz yüksək yanacaq qiymətlərilə məşhur Türkiyədən (1,42 və 1,44 dollar) daha aşağıdır. Benzinin orta qiyməinin cəmi 0,40 dollar təşkil etdiyi İran şübhısiz, müsabiqədənkənardır.

Benzinin qiymətlərinin artımı həmişə və bütün ölkələrdə əhali arasında böyük narahatlıq doğurur, çünki o, avtomatik olaraq bir sıra digər istehlak malları və xidmətlərin qiymətlərinin artırılmasına gətirib çıxarır.

Nəqliyyat, ərzaq məhsulları bahalaşır, ancaq indiki halda Azərbaycanda hətta yüksək oktan markalı benzinin qiymətinin 20% artırılması geniş rezonans doğurmamışdır ki, bunun bir neçə səbəbi var.

2014-cü ildə daxili tələbatı təmin problemilə qarşılaşan Azərbaycan dövlət neft şirkəti SOCAR benzin ixracını dayandırmış və bütün istehsalı Aİ-92 markalı benzinin buraxılmasına yönəltmişdi. Hələ o vaxt SOCAR bəyan etmişdi ki, bundan sonra ölkəyə Aİ-95 və Aİ-98 markalı benzin idxal olunacaq, onların qiyməti isə yerli valyuta bazarında dollar bazar və kursu ılə tənzimlənəcək. Bu, hamıya məlumdur və hələki buna qarşı heç kim çıxış etmir.

İkinci səbəb – Azərbaycanda yüksək oktanlı markadan olan benzinə tələbat təxminən 10% təşkil edir və bu faizə xidmət sahəsində çalışan nəqliyyat vasitələri daxil deyildir.

Üçüncü səbəb – Premium-95 və Super-98 30 min dollardan artıq dəyəri olan bahalı avtomobillərin bakına tökülür, bu mənada güman etmək olar ki, indiki bahalaşma, onların sahiblərinin cibinə elə bir güclü zərbə olmayacaq.

İqtisadçılar nə deyirlər

İqtisadçı Qubad İbadoğlu A-92 markalı benzinin qiymətlərinin artmasını proqnozlaşdırır.

«Bir litr xarici benzinin pərakəndə qiymətinin son artırılmasından sonra, yerli benzinlə onun qiymət fərqi nəzərəçarpacaq dərəcədə artdı. «Super» markası «Aİ-92»dən ikiqat, «Premium» isə — 1,71 dəfə bahadır. Bu fərq eyni zamanda, innən belə də artacaq, çünki manatın düşməsi davam edir», – deyə İbadoğlu özünün Facebook səhifəsində yazmışdır.

Ekspertin qənaətinə görə, bu amil öz məhsullarının qiymətini artırmağa icazə üçün Aİ-92 benzin və dizel yanacağının monopol istehsalçısı — Azərbaycan dövlət neft şirkəti SOKAR- ın Tarif şurasına müraciət etməyə əsas olacaqdır. Əlavə arqument kimi qonşu ölkələrdə yanacağın qiymətinin daha yüksək olma faktı istifadə olunacaq, – deyə İbadoğlu güman edir.

Digər Azərbaycan eksperti Əkrəm Həsənov da analoji fikirdədir .

«Hələlik idxal markalarının dəyəri artır. Məhz belə də izah edirlər: deyirlər ki, devalvasiyadır, biz isə xaricdən alırıq, ona görə də qiymətləri artırırıq. Lakin əgər biz bu məntiqlə getsək, bunu dollar ekvivalentində bizim benzinin xaricinkindən daha ucuz olması ilə izah edərək, tezliklə yerli markalara da qiymətləri artıracaqlar. Hər halda SOCAR-ın ciddi maliyyə problemləri var, məhz buna görə düşünürəm ki, bu məsələ necə deyərlər, artıq dağlar arxasında deyil — qiymətləri artıracaqlar».

Müstəqil benzin istehsalına ümid varmı?

Azərbaycanın neft hasil edən ölkə olmasına baxmayaraq, bu gün respublikada nəinki daxili tələbatı ödəyən, həm də ixrac məhsulları istehsal edə bilən neft emalı zavodu yoxdur. Axı, məlum olduğu kimi, xam neft hazır məhsuldan daha ucuzdur.

«Təəssüf ki, müstəqillik illərində biz bir növ xammal əlavə və törəməsinə dönmüşük. Neftin hesabına benzin də daxil olmaqla bir çox istehsal sahələri yarada bilərdilər. Ancaq etmədilər, çünki xam neftin satışı xüsusi ağıl və güc tələb etmir. Odur ki, bəlkə də elə bizim neftdən istehsal olunan hasiatı almalı oluruq»,- deyə Həsənov vurğulayır.

Azərbaycanın bu sahədəki ümidlərinə gəlincə, onlar uzunmüddətlidir. Bundan əlavə, SOCAR-ın prioritetlərinin tərtib və qoyuluşundan asılı olaraq daha uzaq vaxta təxirə salına bilər. Belə ki, 2016-cı ilin sentyabrında Heydər Əliyev adına NEZ-in (Neft emalı zavodunun) modernləşdirilmə layihəsinin icrasına başlanmışdır. 1,5 milyarddan 2 milyard dollaradək tələb edən modernləşdirmədən sonra Bakı NEZ-ində neft emalının həcmi 6 milyon tondan 7,5 milyon ton neft məhsullarınadək artacaq. Bu zaman neft məhsullarının buraxılış strukturu 37%—dizel yanacağı, 25% —avtomobil benzini, 13% —aviasiya yanacağı təşkil edəcək, hasilatın qalan həcmi isə digər neft məhsullarınınki olacaq.

Bu layihənin realizəsinin başa çatma tarixi kimi əvvəllər 2018-ci il göstərilirdi, indi— 2020-ci il. Ola bilsin ki, bu, final tarix deyil, çünki Azərbaycan dövlət neft şirkəti, bu gün Türkiyədə istifadəyə verilməsi gələn ilə nəzərdə tutulan STAR zavodunun tikintisilə çox məşğuldur.

Artıq sonralar isə — hardasa 2030-cu illərin əvvəlində planlara əsasən, Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) tikintisinin ikinci fazası başa çatacaq ki, onun çərçivəsində həmçinin, yüksək oktanlı benzin və digər neft məhsullarının buraxılışı ilə məşğul olan yeni NEZ istifadəyə veriləcəkdir. /dlmn.info

www.yenicag.az

1149