Bərdədə 900-ə yaxın abonent qazsız qalacaq

media-hightechnic-468x90

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən “Bərdə” qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600