Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bərdədə ağır yol qəzası - Biri azyaşlı olmaqla, 4 nəfər xəsarət aldı

Bərdə rayonunda baş verən ağır yol qəzasında 4 nəfər xəsarət alıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonun Qarayusifli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1987-ci il təvvəlüdlü Babayev Pərviz Tofiq oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Tovuz rayon sakini, 27 yaşlı Məmmədov Həmid Ədalət oğlunun idarə etdiyi “VAZ-21009” markalı minik maşını toqquşub. Nəticədə hər iki avtomobilin sürcüsü və sərnişinlər ağır bədən xəsarətləri alıblar.

Qəzada hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın və azyaşlı uşaq da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə, azyaşlı isə Uşaq Xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralıların vəziyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1101
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM