Bərdədə filmlərə bənzər cinayət

media-hightechnic-468x90

big_1419662889_big_1414223961_bicaqBərdənin Türkmən kəndində naməlum şəxslər evə basqın edib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyevin yaşadığı evə 3 nəfər naməlum şəxslər basqın edərək, ondan pul və qızıl zinət əşyaları tələb ediblər. Ev sahibi basqın edən şəxslərin istəyini yerinə yetirməyincə soyğunçular ev sahibini bıçaqla yaralayıblar.

Basqın edən şəxslər 50 yaşlı Çingiz Əliyevə baş və belinə bıçaqla bir neçə zərbə vurublar.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisə zamanı evə basqın edən naməlum şəxslərin biri gödəkcəsi və cinayətdə istifadə edilən bıçağı hadisə yerində qoyaraq qaçıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600