!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə qanunsuz işləyən kafe AŞKARLANDI - Sahibi həbs edildi, müştərilər cərimələndi

!Reklam – Yazi

Bərdədə karantin rejiminin tələblərini pozan kafe sahibi həbs edilib, məclis iştirakçılarından 6 nəfəri cərimə edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib.

Bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 6 nəfər saxlanılıb. Onlardan 5 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən 4 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv