!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərpa işlərinə 1 milyard 400 milyon dollar ayrılacaq - Avstraliya

!Reklam – Yazi

Avstraliya hökuməti növbəti iki il ərzində meşə yanğınlarından sonra ölkənin bərpası üçün azı 2 milyard Avstraliya dolları (təxminən 1,4 milyard ABŞ dolları) ayıracaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison: “Bunun üçün Avstraliyada Milli Fond yaradılacaq. Vəsait yerli hökumət orqanlarına, fermerlərə və xammal istehsalçılarına kömək üçün yönəldiləcək. Biz bu ölkənin həyat qabiliyyətini və gələcəyini təmin edəcəyik, bunu isə lazım olan işə sərmayə qoymaqla edəcəyik.

Avstraliya ştatlarının rəhbərlərindən yanğınlar nəticəsində dağılmış körpülərin, yolların və məktəblərin bərpasına böyük sərmayələr yatırılacağını gözləyirəm.” deyə qeyd edib.

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv