Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş təşkilatçısı Tom Butçer Ukraynanın nüfuzlu “Ukraine Today” resursuna bu ilin yayında debüt edəcək yarışın hazırlıq mərhələsindən danışıb.
Tom Butçer “Qarşıdakı beş ay ərzində bakılılar şəhər küçələrinin əsl yarış trasına çevrilməsini görəcəklər – bu tras FİA-nın bütün tələblərinə cavab verəcək. Biz Formula1 komandalarının bokslarını, yarışın idarə olunması üçün zəruri olan qülləni, komandaların binalarını, eləcə də tras ətrafında altı böyük müvəqqəti tribunanı quraşdıracayıq. Formula1 yarışı Azərbaycan üçün vacib hadisə olacaq və biz bu yarışla fəxr edəcəyik” deyib.
F-1.az xatırladır ki, trasda debüt yarışı bu il iyunun 17-19-da baş tutacaq.
www.yenicag.az