!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəşəriyyətin mənəvi dəyəri – Novruz bayramı” – Firəngiz Məlikbəyli yazır

!Reklam – Yazi

Mart ayının gəlişi  qış fəslinin boz səhifələrinin yazın ilıq, buludlardan sevinclə boylanan günəşli səhifələrinə, parlaq mavi səmasının əks olunduğu, insanların ürəyindəki buzun əridiyi, çöhrələrində təbəssüm yaradan, ruhumuzu arındıran, ümidlərimizin çoxaldığı Novruz Bayramının gəlişini bizə müjdələyir və insanlara həyatı və yaşamağı xatırladır.

Şüürumuza işləmiş, canımıza hopmuş, özündə uşaqlığımızı gizlədən, məsum duyğuları dönə-dönə bizə xatırladan bu bayram bütün türk dünyasının, eləcə də azərbaycanlıların ən çox sevdiyi, gözlədiyi, folklorunda, mədəniyyət və incəsənətində, siyasət və tarixində xüsusi rol oynayır.

Bu bayram qeyd olunduğu ölkələrin sivilizasiya, tarix və mədəniyyətlərinin digər dünya xalqlarına çatdırılması üçün mühüm amildir. Adətlərinin mahiyyəti və aşıladığı dostluq, məhəbbət, şadlıq, qardaşlıq mədəniyyəti əsrlərdir  digər xalqlara ötürülür və nəsillər arasında dialoq yaradır. Novruzun  uzun illərdən bəri olan mesajı sülh, məhəbbət, eşq, yaxınlarına baş çəkmək, dostluq, paklıq, təmizlik olmuşdur. Elə buna görə də İslam dinindən daha qədim olmasına baxmayaraq  yaşamış, təsirini itirməmişdir. Novruzun daimi qalmasının səbəblərindən biri də budur. Novruzun sülh və təbiəti qorumaq mesajı min illər boyu davam etmiş və bugünkü cəmiyyətin ona daha çox ehtiyacı vardır.  Dünyanın, bəşəriyyətin son illər keçdiyi həyat imtahanı-xəstəliklər, pandemiya, ölkəmizin haqq müharibəsi, digər xalqların yaşadığı ərazi və əhali problemləri bizə bir daha insanlığı, gücümüzü, Allaha olan inam və etiqadımızı, əslində nə qədər  dəyərli adət və ənənələrimizin olduğunu, bir insan olaraq mənəvi amillərin önəmi  və  bir birimizin varlığına nə qədər ehtiyac duyduğumuzu xatirlatdı. Lakin biz azərbaycanlılar, qədim türk xalqları əsrlərin bizə töhvə verdiyi adət-ənənələri unutmamaq, gələcək nəsillərə bu dəyərli mirası ötürmək üçün əlimizdən gələni edirik və etməliyik.

Novruzun gəlişi ilə milli kimliyimizi, Vətən və millət sevgimizi dönə-dönə yaşayırıq. Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunmaqdadır. Özündə cəmləşdirdiyi xüsusiyyətlərlə insanlara çox şeylər xatirladan bu ümümbəşəri bayram UNESCO tərəfindən Qeyri-maddi mədəni  irs kimi Reprezintativ siyahısına daxil edilib və tarixdə bir daha öz toxunulmazlığını elan edib. Həmçinin bütün Şərqdə qeyd olunan Novruz bayramı 23 fevral 2010-cu ildə BMT Baş Asambleyasının 64-cu sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Ümümmilli lider, Azərbaycanın böyük və dahi ictimai xadimi Heydər Əliyev  hakimiyyətə gəldiyi dövrlərdən Azəbaycanın milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşmış, vaxtilə qadağan olunmuş bu bayramın yenidən xalqımızın sevərək, istəyərək, aşkar və geniş keçirilməsinə şərait yaratmış, azərbaycanlıların “mart bayramı” sevincini yenidən qazandırmışdır. Bayram tədbirlərində xalqına çıxışlarında Novruz bayramının əhəmiyyətindən danışan Ulu öndər neçə-neçə nəsillərin adət və ənənələrimizə sahib çıxmağına, daha dərindən mənimsəməyinə nail olmuşdur. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, bir il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik…”- deyən Heydər Əliyevin siyasi irsini layiqlə davam etdirən, müasir tarixin qalib sərkərdəsi, güclu Azərbaycan dövlətinin rəhbəri, dünya tarixinə cəsur Azərbaycan xalqının döyüş məharətini və ədalət müharibəsini qızıl hərflərlə yazdıran müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev Ulu öndərimizin və bütövlükdə Azərbaycan xalqının arzusunu gerçək etdi və 2021-ci ildə Novruz tonqalını Şuşada qaladı. Bayram bir daha gözəlləşdi, bir daha mahiyyətinin, xalqımızda yerinin təsdiqini tapdı.

Suraxanı rayon Heydər Əliyev

Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli

 

COP29

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv