ATV prezidentinin müşaviri: "Bu, ciddi qəbahət və möhtəkirlikdir!"

media-hightechnic-468x90

“Ağdam” adlı “Facebook” səhifəsi ATV-nin istehsalı olan və mənim müəlifi olduğum filmi yayıma qoyub, bank kartı paylaşıb dəstək istəyir.

Yenicag.az xəbər verir ki, bunu ATV prezidentinin informasiya yayımı üzrə müşaviri, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova deyib.

O, bu cür halın yolverilməz olduğunu bildirib:

“Qəti etirazımı bidlirirəm və dərhal silinməsini tələb edirəm. ATV kanalının loqosundan, nüfuzundan, eyni zamanda, mənim intellektual əməyimdən heç kəs özünə pul yığmaq üçün sui istifadə edə bilməz”.

“Bu, ciddi qəbahət və möhtəkirlikdir!”, – deyə S. Məmmədova qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa