Fərdi sahibkarlar maşın idxalını ələ alıb - RƏSMİ DİLERLƏR BAZARDAN ÇIXIR

media-hightechnic-468x90

“Fərdi sahibkar ofisində əyləşib Çindən avtomobil sifariş verir və rəsmi dilerdən daha çox qazanır, həmçinin dövlətə az vergi verirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Qeyd edək ki, avtomobil satışı ilə məşğul olan rəsmi dilerlər bu sahəyə dövlət nəzarətinin olmasını istəyirlər. Həmçinin qeyd olunur ki, bəzi dilerlər az gəlir səbəbindən fəaliyyətlərini dayandırmağı düşünürlər.

media-elmeddin45-1

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bu məsələ dövlət tərəfindən tənzimlənməlidir:

“Qeyd olunan istiqamətdə müəyyən tarazlıq olmalıdır. Azərbaycanda ötən il satılan hər 7 avtomobildən 5-i qeyri-rəsmi dilerlərin payına düşür. Ölkədə təxminən 30 rəsmi diler fəaliyyət göstərir ki, onların da payına 2 avtomobilin düşdüyünü görürük. Təsəvvür edin ki, həmin dilerlər nə qədər işçi saxlayır, dövlətə vergi verirlər. Amma kimsə ofisdə oturub Çindən sifariş verir və rəsmi dilerlərdən daha çox qazanır. Həmçinin dövlətə də az vergi verirlər. Ona görə də bu məsələnin həll olunması şərtdir. Çünki qarşıdakı ildə bəzi dilerlər bağlana bilər, onlar çöküş ərəfəsindədir”.

media-16247185441307712922_1200x630

Məsələ ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərovun dilerlərin fikirləri ilə razı olmadığını vurğulayıb:

“Qanunvericilikdə hamı üçün eyni qaydalar nəzərdə tutulub. Dilerlərin yanaşması doğru deyil. Onlar dövriyyəsinə uyğun vergi verirlər. Fərdi sahiblarlar və rəsmi dillerlər üçün də eyni yanaşma tətbiq olunur. Məsələn, hər hansı şəxs də Almaniyadan maşın gətirdikdə eyni rüsumu ödəyir, rəsmi diler də. Onlar 30 maşın satırlarsa, buna görə işçi heyəti saxlayır, onlar da proseduru həyata keçirirlər. Amma bunu başqası iki nəfərlə edirsə, burada hansı güzəşt olmalıdır? Fərdi sahibkar özü və hansısa şəxslə məsələni həll edir. Dilerlərə vergi güzəştlərinin tətbiqi məsələsinə gəldikdə isə bu, real görünmür”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa