Elman Nəsirovun qızından şok sözlər: "Məni bir gün belə evdə saxlamadı!"
Deputat Elman Nəsirovun qızı bu gün atası haqqında maraqlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, “Tik-Tok” sosial şəbəkə hesabında canlı yayıma çıxan E. Nəsirovun qızı atasının onu öz evində bir gün belə qalmağa izn vermədiyini bildirib:
“Nənəmlə atamın evinə getmişdik bir dəfə. Məni evində bir gün belə saxlamadı, gecə ilə yola saldı. Atam deyir ki, mənə verdiyi guya 3 evim var. Hardadı o evlər, adresini belə bilmirəm. Varsa da, gizlədir məndən.”
Qızı deputat Elman Nəsirovu yalan danışmaqda günahlandırıb:
“Atam yenə efirə çıxıb məni günahlandırıb. Yenə yalan danışır mediada. Məndən adresini gizlədir, evinə buraxmır”.
Nurlan Cəfəri












