“Beşiktaş” önəmli 3 xalı qazana bildi

media-hightechnic-468x90

Türkiyə Superliqasında 18-ci turun matçları oynanılır.

Yenicag.az xəbər verir ki, İstanbulda yerli “Beşiktaş” “Bodrumspor”u qəbul edib.

“Qartallar” rəqibə minimal fərqlə qalib gəliblər. Ndur və İmmobilenin qolları meydan sahiblərinə vacib 3 xalı qazandırıb – 2:1.

Hazırda “Beşiktaş” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində ilk beşliyi qapayır. Bodrum klubu isə autsayderlər sırasında yer alır. Komanda aktivindəki 15 xalla 17-cı sırada qərarlaşıb. Çempionatın şəriksiz lideri 47 xala malik “Qalatasaray”dır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600