“Beşinci kolon”la savaş başlayır: Daxildəki təhdid nə qədər realdır?

media-hightechnic-468x90

“Beşinci kolon”u tamamilə neytrallaşdırmaq lazımdır”.

Bu fikri Rusiyadan Azərbaycana yönələn təhdid, hibrid  müharibə və suverenlik məsələsini Yenicag.az-a şərh edən Böyük ideallar” Araşdırma Mərkəzinin sədri Zəlimxan Məmmədli deyib.

media-zelimxanmemmedli1

O, bildirib ki, Rusiyanın əsas hədəfi Cənubi Qafqazda yenidən hegemon olmaqdır:

“Rusiyadan gələn təhdidi görürük. Bu realdır-real deyil, bu, başqa məsələdir, ancaq Rusiyadan açıq dillə bu təhdid var. Rusiyanın hədəfi Cənubi Qafqazda yenidən hegemon olmaq, həll etdiyimiz problemi yenidən alovlandırmaq, Azərbaycanın suverenliyini təhdid etməkdir”.

Onun sözlərinə görə, birinci növbədə xalqımızı, siyasi mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq suverenliyə yönəltmək birinci hədəflərimizdən olmalıdır:

“Digər bir məsələ Azərbaycandakı “beşinci kolon”dur. Onları tamamilə neytrallaşdırmaq lazımdır. Gözləsək ki, hər şey dövlət, hakimiyyət orqanları həll edəcək, bu, yetərli deyil. Cəmiyyətimizi, mediamızı bu istiqamətə yönəltməliyik. Əlimizdə olan imkanlarla Azərbaycana qarşı olan qüvvələrə qarşı mübarizə aparmalıyıq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600