Bəxtiyar Ərsay Azərbaycandakı vəzifəsindən azad olundu
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsay vəzifəsindən azad olunub.
Yenicag.az xəbər verir ki, bu onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.
Belə ki, Bəxtiyar Ərsay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır./Qafqazinfo/