!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiyar Hacıyev girov qarşılığında azadlığa çıxa biləcək?

!Reklam – Yazi

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmayıb.

Yenicag.az xəbər verir ki, onun vəkilləri Bəxtiyarın girov qarşılığında azadlığa çıxması üçün müraciət etmək qərarına gəliblər. Belə ki, qətimkan tədbirləri ilə bağlı apellyasiya məhkəməsi sonuncu instansiyadır. Ona görə bundan sonra Hacıyevin girov müqabilində azadlığa çıxması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmək qərara alınıb.

Qeyd edək ki, girov müqabilində azadlığa buraxılma zamanı təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə müəyyən miqdarda pul köçürülür. Və o, istintaqdan yayınmayacağına dair söz verir. Şəxs istintaq müddətində öhdəliyini yerinə yetirməzsə, girov qoyulmuş pul ona geri qaytarılmır.

Bundan başqa, vəkillər tərəfindən Bəxtiyar Hacıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına köçürülməsi üçün müraciət edilib.

Vəkilləri onun aclıq etdiyini bildirir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Azadlıq Radiosuna bildirilib ki, B.Hacıyev həkim nəzarətindədir.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv