Bəy vəhşicəsinə döyüldü
Səhəri gün toyu olacaq bəyi toy axşamında qana bulayıblar.
Hadisə Bərdədə baş verib.
Rayonun Şirvanlı kəndində toyuna hazırlaşan 22 yaşlı Əflatun Əliyev “ciyər axşamı”nda döyülüb.
Həmkəndiləri tərəfindən butulka ilə vurulan gənc qolundan kəsik yarası alıb.
Yaralı bəy xəstəxanaya çatdırılıb. Onun qolunun bir neçə yerinə tikiş qoyulub.