Beyin mərkəzləri İslamabadda-Foto

media-hightechnic-468x90

85459İslam ölkələrinin beyin mərkəzləri İslamabada toplaşıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Türkiyənin TASAM, Pakistanın Prezident Administrasiyası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə İslamabadda “İslam ölkələrinin beyin mərkəzlərinin 6-cı Samiti” öz işinə başlayıb.

Bu gün başlayan samit martın 9-da başa çatacaq. Tədbirdə Pakistan Prezidenti Mamnun Hüseyn daxil olmaqla 60-a yaxın ölkənin dövlət və beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

İlk panelə çıxış edən Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov öz məruzəsində islam ölkələrində mövcud iqtisadi vəziyyəti qiymətləndirərək iqtisadi çətinliklər və inkişaf prespektivlərinə toxunub. İqtisadçı alim institutsional baxımdan islam dini ilə iqtisadi inkişaf arasındakı əlaqələri təhlil edərək sözügedən dövlətlərdə iqtisadi inkişaf üçün yeni yanaşmalar irəli sürüb.

Vüqar Bayramov çıxışında Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumat verərək Azərbaycan iqtisadi modelinin əsas mühüm xarakteristikasını verib. O, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin bir sıra müsəlman ölkələri, o cümlədən Türkiyə, İraq, Qazaxıstan və Türkmənistan üçün yaratdığı real və potensial iqtisadi imkanlardan danışıb.

Tədbirdə ölkəmizi İSİM ilə yanaşı Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi də təmsil edir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600