Bəzi dövlət qurumlarına məxsus avtomobillər ucuz qiymətə satıldı

media-hightechnic-468x90

Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Nəqliyyat vasitələrinin birinə edilən son təklif start qiymətindən dörd dəfə çox olub.

media-banner_tuq

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 13-də keçirilən növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Iveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan VAZ-21214 markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05