!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi müsəlmanlar Novruzda bişən şirniyyatı yemir” - İlahiyyatçıdan şok açıqlama

!Reklam – Yazi

İstər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə Novruzun dini bayram olmadığı əsas gətiirlərək, müsəlmanların bu bayramı qeyd etməsinin doğru olub-olmadığı müzakirə edilir. Bəzi şəxslər Novruzu qeyd etməyin əleyhinə çıxır. Hətta bayrama aid olan şirniyyatların evlərdə bişirilməsinin haram olduğunu deyənlər də var. Bəs bu iddiaların əsası varmı?

Mövzu barədə çıxış edən ilahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a bir sıra məqamlardan söz açıb:

“Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir.

Novruz bayramını bəzi cərəyanlar isə Həzrəti Əlinin hakimiyyətə gəlməsi ilə əlaqələndirdilər. Son dövrlərdə yəhudilikdə və xristianlıqda dinin əslinin dəyişdirilməsi prosesi həyata keçdiyi kimi bu İslama da sirayət etdi. Bəzi İslam cərəyanlarında belə əsli olmayan nəticəyə gəldilər ki, Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğulması, taxta çıxması, həyat yoldaşı Fatimə ilə evləndiyi gün kimi təqdim olundu. Hətta bu yolunu azmış firqələr Novruz bayramını Məhəmməd peyğəmbərin peyğəmbər göndərilməsi günü kimi qələmə verdilər. İnsanları bu yalanlara inandırdılar. Hətta savadsızlıqda həddi aşanlar guya Azərbaycanın qədim peyğəmbəri Cəmşidin taxta çıxması günü kimi Novruza yalanlar qatdılar”.

İlahiyyatçı bildirib ki, İslam dininə görə müsəlmanların Ramazan bayramı ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayram yoxdur:

“Bu iki bayramdan başqa olan bayramlar şəriət alimlərinin dediklərinə əsasən sonradan çıxarılmış, dinə olunan yeniliklərdən biridir. Əlbəttə, bizim camaatımız da müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Novruz bayramını türk xalqları da həm İslamdan əvvəl, həm də sonra təntənəli şəkildə qeyd ediblər. Azərbaycan xalqı da bu bayramı tarixən qeyd edib və biz hamımız bu cəmiyyətin içərisindəyik və istər-istəməz bu adət-ənənələri ən azından yaşayırıq. Hamımızın evimizdə hər yaz bu təmtəraqlı bayram qeyd olunur, özümüz də bişirilən şirniyatlardan yeyirik. Biz sadəcə bu məsələdə İslamın mövqeyini qeyd edirik.  Bu gün bəzi müsəlmanlar bu bayramlarda iştirak etmirlər və hətta bişirilən şirniyyatlardan yemirlər. Bu da doğru yanaşma deyil. Bu bizim ən böyük milli atributlarımızdan biridir. Azərbaycan xalqının tarixən qeyd etdiyi ən dəyərli bayramlardan biridir. Biz bu məsələdə ərəb mədəniyyətini örnək almalı deyilik. Bütün xalqımızın Novruz bayramını, yaz bayramını ürəkdən təbrik edirəm”.

 

COP29

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv