!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi təşkilatlar Mərkəzi Seçki Komissiyasına hesabat verməkdən qaçırlar” - Siyavuş Novruzov

!Reklam – Yazi

“Ölkədə fəaliyyət göstərən bəzi təşkilatlar bu günə qədər Mərkəzi Seçki Komissiyasına hesabat verməkdən qaçırlar”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsinin müzakirəsində çıxış edən millət vəkili Siyavuş Novruzov deyib.

Səyavuş Novruzov qeyd edib ki, gələcəkdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunda bir müddəanın qəbul edilməsinə ehtiyac var:

“Uzun illərdir ki, Azərbaycanda çox gözəl Mərkəzi Seçki Komissiyası və ümumilikdə seçki komissiyaları formalaşıb. Mərkəzi Seçki Komissiyasında çalışan şəxslər kifayət qədər savadlıdır və seçki prosesinin gedişatını çox yaxşı bilirlər. Təxminən 27 ilə yaxındır ki, Mərkəzi Seçki Komissiyası ilə birlikdə müəyyən məsələlərdə iştirak edirəm. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları çox geniş şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda atılan unikal addımlardan biridir ki, dairə seçki komissiyalarının hər birinin öz binası var və mütəmadi olaraq komissiya üzvləri seçicilərin siyahıya alınması və dəqiqləşdirilməsi istiqamətində işlər aparırlar. Bundan əlavə, istər dövlət, istərsə də başqa təşkilatlar tərəfindən maliyyələşən istənilən siyasi partiya hər 3-4 aydan bir Mərkəzi Seçki Komissiyasına hesabat verir. Bu, şəffaflığın təmin olunmasıdır.

Lakin təəssüf ki, bəzi təşkilatlar bu günə qədər hələ də Mərkəzi Seçki Komissiyasına hesabat verməyiblər. Bu siyasi partiyalar və təşkilatlar erməni lobbisi tərəfindən maliyyələşir və Azərbaycanın apardığı uğurlu siyasətə kölgə salmağa çalışırlar. Haqq və ədalətdən danışan bu cür insanlar qanun qarşısında cavab vermək məqamı çatanda nədənsə maliyyə vəziyyətlərini gizlədirlər. Hesab edirəm ki, gələcəkdə Mərkəzi Seçki Komissiyasına hesabat verməyən təşkilatların fəaliyyəti ilə bağlı müəyyən qərarlar qəbul edilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv