!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bıçaqla hədələnən Aytən Məmmədovanın həyat yoldaşı: "Qızımın taleyi ilə bağlı nigaranam"

!Reklam – Yazi

“Liftə Aytənlə birlikdə daxil olan şəxs peşəkar təsir bağışlayıb. Qapı bağlanan kimi onu boğmağa başlayıb, iki dəfə çənəsinin altına bıçaq yeridib”.

Yenicag.az xəbər verir ki, bu sözləri mayın 8-i gecə saatlarında jurnalist Aytən Məmmədovanın naməlum şəxsin hücumuna məruz qalmasına münasibət bildirən həyat yoldaşı, jurnalist və ictimai tənqidçi Coşqun Eldaroğlu deyib.

O, yaşanan hadisəylə bağlı məyusluğunu bildirib və ölkədə ailəsi ilə təhlükəsiz həyat sürmək istədiyini qeyd edib:

“Gecə başımıza gələn hadisə haqda yazıb-yazmamaqla bağlı saatlardır tərəddüd eləyirəm. Çünki mən bu ölkədə heç nəyə təəccüblənmirəm. Ölkə yaşanmalı yer qiyafəsindən çoxdan çıxıb… Bütün gecəni, bütün səhəri bizimlə, mənimlə ayrıca söhbətləşən polis əməkdaşları israrla hadisənin miqyasını kiçiltməyə çalışır. Evə ilk ayaq basan tədqiqatçı hətta ona işarə vururdu ki, siz xüsusi təhdid olunacaq qədər vacib adamlar deyilsiz. Halbuki hücum xırda detallarına qədər planlaşdırılıb. Dəqiq əmin olublar ki, Coşqun və Gülər evdədir, Aytən qonaqlıqdan hələ gəlməyib. Aytən bloka daxil olan kimi həmin şəxs arxasınca gəlib. Belə görünür ki, nə vaxt evə çatacağı ilə bağlı məlumatlı olublar. Çünki Aytən evə nadir hallarda gec saatlarda qayıdır. Blokun işığı əvvəlcədən sıradan çıxarılıb. Liftə Aytənlə birlikdə daxil olan şəxs peşəkar təsir bağışlayıb. Qapı bağlanan kimi onu boğmağa başlayıb, iki dəfə çənəsinin altına bıçaq yeridib. Əliyalın olmayıb, böyük ehtimalla əlcək taxıbmış. Aytəni qızımın həyatına son verməklə hədələyib. Filmlərdə gördüyünüz planlaşdırılmış cinayət hadisəsi. Lap o qədər sadəlövh deyilik…

Mən bu ölkədə yaşamaq istəyirəm. Mən qızımın taleyi ilə bağlı böyük nigaranlıqda qalmaq istəmirəm. Mən ölkənin yaşanmalı yerə çevrilməsini istəyirəm”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDİA) baş verən hadisəyə həssaslıqla yanaşdığını və diqqətdə saxladığını bildirib.

Gülşən Şərif

COP29

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv