Bilik günü, yoxsa sentyabr FACİƏSİ? – Bakını iflic edən durumdan NECƏ ÇIXAQ?

media-hightechnic-468x90

“Şəhəri xilas etməyin tək yolu məktəbə gedən yolları bir neçə saatlıq bağlamaqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

media-elcin_bayramli

Sosioloq sentyabrın 15-i hər il olduğu kimi, bu gün də valideynlərin məktəbə maşınla axını ucbatından şəhərin iflas olmasını sərt tənqid edib.

Onun sözlərinə görə, hər il eyni mənzərələr müşahidə olunur:

“Sentyabrın 15-i bütün Bakı şəhəri iflic olur, hətta ölkənin digər şəhərlərində də eyni vəziyyətdir. Bu, elə bir məsələdir ki, bunu inzibati yolla tənzimləmək olmur, bu insanların özünün şüuru ilə bağlıdır. Bəzi məcbur qalan insanları başa düşmək olar. Uzaqdan gələnlər var, fiziki məhdudiyyətli olan xəstə ola bilər. Bunları başa düşmək olar, amma bəzən lap yaxın məsafədən – avtobusla gedəcək qədər yaxın yerə öz maşını ilə gəlirlər və bütün şəhərin yolları iflic olur. Nə saxlamağa yer olur, nə keçmək mümkün olur. İnsanlarımız bunu birdəfəlik dərk etməlidir ki, məktəbdə 1.000-1.500 şagird təhsil alır. Hərə bir maşınla gəlsə, bu 1.000-2.000 maşın edir. Məktəblərin ətrafında 20 maşınlıq yer yoxdur. Bunu anlamaq lazımdır. Nə qədər maarifləndirmə aparılır, nə qədər izah olunur, özləri də hər gün vəziyyəti görürlər, yenə də heç bir irəliləyiş yoxdur. İnzibati yolla isə bunu tənzimlənmək olmur”.

E. Bayramlı problemin həllinin yollarını da açıqlayıb:

“Tək əlac ona qalıb ki, 15 sentyabr məktəblərin ətrafındakı küçələr bağlansın. Məktəbin qarşısından keçən küçə 500 metr məsafəyə qədər bir neçə saatlıq bağlansa, bəlkə, valideynlər başa düşərlər ki, belə olmaz. Başqa həll yolu görmürəm. Yalnız məcburi vadaretmə yolları ilə həlli mümkündür. Hər il eyni vəziyyət yaranır, hər il insanların başına oyun açırlar, bütün şəhəri iflic edirlər, yenə eyni vəziyyətdir. Yalnız küçələrə girişi bir neçə saat bağlamaqla həll yolu mümkündür. Başqa cür 15 sentyabrda şəhəri xilas etmək mümkün deyil”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa